Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasında beşinci tur davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.
Əvvəlcə “Kəpəz” öz meydanında “Qəbələ”ni qəbul edir. Hazırda Gəncə klubu 3 xalla 9-cu, “qırmızı-qaralar” isə 4 xalla 7-ci pillədə qərarlaşıb.
Digər matçda isə “Sumqayıt” doğma divarlar arasında “Şamaxı”nı sınağa çəkəcək. “Gənclik şəhəri”nin təmsilçisi 3 oyundan sonra çempionatda xal qazanmayan yeganə komandadır. “Şamaxı” isə 4 matçdan 5 xal toplayıb və 6-cı pillədədir.
Misli Premyer Liqası
V tur
12 sentyabr (şənbə)
17:30. “Kəpəz” - “Qəbələ” - 1:0 (İkinci hissə)
Qol: Viktor Stina, 64
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu
19:45. “Sumqayıt” - “Şamaxı”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Vüqar Həsənli
AVAR: Rahil Ramazanov
“SOCAR Polymer Arena”
13 sentyabr (bazar)
16:30. “Araz-Naxçıvan” - “Turan Tovuz”
19:00. “Zirə” - “Qarabağ”
14 sentyabr (bazar ertəsi)
19:00. “Şəfa” - “Sabah”
11 sentyabr (cümə)
“İmişli” - “Neftçi” - 2:3
Bombardirlər:
Breno Almeyda (“Neftçi”) - 6 qol
Coy-Lens Mikels (“Sabah”) - 4 qol
Dioqo Almeyda (“İmişli”) - 2 qol
Alen Şkribek (“Neftçi”) - 2 qol
Renaldo Sefas (“Qarabağ”) - 2 qol
Eren Aydın (“Zirə”) - 2 qol