Kəpəz Qəbələ ni qonaq edir

05.04.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təxminən 2 həftəlik fasilədən sonra bu gün Misli Premyer Liqasında 26-cı tura start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

"Kəpəz" Yevlaxda "Qəbələ"ni qəbul edir. Hazırda aktivində 21 xal olan "sarı-göylər" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Qırmızı-qaralar" isə 16 xalla 11-cidir. Azər Bağırovun yetirmələri bu gün də meydandan 3 xalla ayrılacağı təqdirdə təhlükəli zondan bir qədər də uzaqlaşa, hətta "İmişli"ni də geridə qoya bilər.

Qeyd edək ki, cari mövsümdə bu komandalar arasındakı ilk iki oyunda tərəflər hərəyə bir qələbə qazanıblar. İlk dövrədə "Kəpəz" (1:0), ikinci dövrədə isə "Qəbələ" (3:1) qələbə qazanıb. 

Misli Premyer Liqası

III dövrə, XXVI tur

15:30. "Kəpəz" - "Qəbələ"

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: İmanxan Sultani 
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax. Şəhər stadionu. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью