“Kəpəz” “Qəbələ” oyunundan əvvəl Mehman Hacıyevin xatirəsi yad ediləcək

08.09.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Kəpəz” - “Qəbələ” oyunundan əvvəl veteran futbolçu Mehman Hacıyevin vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunacaq.

AZƏRTAC Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, klub rəhbərliyinin bununla bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciəti müsbət cavablandırılıb.

Bir dəqiqəlik sükut zamanı Gəncə Şəhər Stadionunun ekranlarında mərhum futbolçunun fotosu da nümayiş etdiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью