Kəpəz qış fasiləsində daha iki futbolçusu ilə vidalaşacaq

12.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Kəpəz" qış fasiləsində daha iki futbolçusu ilə yollarını ayıracaq.

"Cebheinfo.az" xəbər verir ki, Gəncə kollektivi Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Raul Məmmədov və hücumçu Şahmar Aşurovla vidalaşacaq.

"Sarı-göylər"in baş məşqçsisi Azər Bağırov hər iki futbolçudan özlərinə klub tapmalarını istəyib.

Məmmədov ötən ilin avqust, Aşurov isə oktyabrında qərb təmsilçisinin düşərgəsinə qoşulub.

Qeyd edək ki, "Kəpəz" daha əvvəl polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Pedru Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermişdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью