“Kəpəz” rəsmiləri şəhid ailəsini ziyarət etdi

05.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Kəpəz”in rəsmiləri Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin valideynlərini ziyarət edib.

Futbolpress.az xəbər verir ki, şəhidin atası Vaqif Əliyevin evində olan icraçı direktor Cabir İbrahimov, əsas komandanın baş məşqçisi Azər Bağırov və akademiyanın koordinatoru Vasif Vəliyev cəsur zabitin ev muzeyi ilə tanış olub, döyüş yoluna nəzər salıblar. Klubun kollektivi adından xatirə kitabına ürək sözləri yazılıb.

 Şəhidin atası qonaqlara oğlunun həyat və döyüş yolundan bəhs edən “Komandir” və “Qəhrəmanın sorağında” kitablarını hədiyyə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью