Kəpəz rəsmisi: Erkin İbrahimov getməyib, klubdadır

11.07.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Kəpəz”in İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov istefa verməyib.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Gəncə klubunun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov bildirib.

O, E.İbrahimovun vəzifəsindən ayrılması ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib:

“Erkin İbrahimov getməyib, klubdadır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью