Kəpəz rəsmisi: Futbolçumuzun bıçaqlanmasının araşdırılmasında maraqlıyıq

04.02.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Kəpəz" futbol klubunun media və marketinq direktoru Gəray Qiyasov klubunun oyunçusu Veysəl Rzayevin bıçaqlanma hadisəsi ilə bağlı açıqlama verib.

O bildirib ki, hadisə klubdan kənarda baş versə də, rəhbərlik futbolçunun yanındadır:

"Məşqçilər və rəhbərlik Veysəli xəstəxanada ziyarət etdilər. Məsələnin araşdırılmasında klub həm maraqlıdır, həm də əlindən gələn dəstəyi göstərir".

Qeyd edək ki, hadisə fevralın 3-də səhər saatlarında Gəncə şəhərində qeydə alınıb. İnsident nəticəsində Veysəl Rzayev döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda futbolçunun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью