Kəpəz sabiq futbolçusunu geri qaytara bilər

25.07.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Kəpəz" sabiq futbolçusu Nicat Süleymanovu yenidən heyətinə qata bilər. Sport24.az-ın əldə olunan məlumata görə, hazırda yarımmüdafiəçinin meneceri Gəncə təmsilçisi ilə danışıqlar aparır.
Tərəflər arasında danışıqlar müsbət yekunlaşarsa, Süleymanov sabiq komandasına geri qayıdacaq.

Qeyd edək ki, Süleymanov son olaraq "Səbail"in formasını geyinib. O, akeryarsı ərzində 2 dəfə 2021/22 və 2024/25 mövsümündə Gəncə təmsilçisinin şərəfini qoruyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью