“Kəpəz” “Şamaxı” matçı azarkeş rekordu ilə yadda qaldı

07.09.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının dördüncü turu bu mövsüm azarkeş fəallığı baxımından rekordla yadda qalıb.

İdman.Biz xəbər verir ki, turun altı qarşılaşmasını ümumilikdə 24 512 tamaşaçı stadiondan izləyib.

Ən çox azarkeş “Kəpəz” - “Şamaxı” matçında qeydə alınıb. Gəncədə keçirilən görüşü 15 000 tamaşaçı izləyib. “Turan Tovuz” - “Sumqayıt” qarşılaşmasında 4200, “Sabah” - “Zirə” matçında 1752, “Neftçi” - “Şəfa” oyununda 1460, “Qarabağ” - “Araz-Naxçıvan” görüşündə 1100, “Qəbələ” - “İmişli” qarşılaşmasında isə 1000 azarkeş tribunada yer alıb.

Qeyd edək ki, Misli Premyer Liqasında beşinci tura sentyabrın 11-də start veriləcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью