Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Kəpəz” Misli Premyer Liqasının IV turunda bu gün “Şamaxı”nı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutacaq görüş üçün artıq 10 min bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Kəpəz” – “Şamaxı” oyununa saat 20:15-də start veriləcək.
Gəncə təmsilçisi bu arenada ötən həftə “Turan Tovuz”la qarşılaşmış və minimal hesablı qələbəyə sevinmişdi.
saytlarin hazirlanmasi