“Kəpəz” Şamaxıya yollandı

08.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Kəpəz” klubu Misli Premyer Liqasının 2026/27 mövsümündə ikinci səfər oyununu keçirmək üçün bu gün Şamaxıya yollanıb.

Futbolpress.az xəbər verir ki, “sarı-göylər” çempionatın 7-ci turu çərçivəsində sabah “Araz-Naxçıvan”la qarşılaşacaq.

Baş məşqçi Azər Məmmədov yetirmələrini bu gün saat 17:00-a oyunöncəsi son məşqə çıxaracaq.

Komandanın oyunu sabah saat 16:00-da Şamaxı şəhər stadionunda start götürəcək.

Qeyd edək ki, “Kəpəz” hazırda 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью