Kəpəz saxlamaq istəyir, Araz Naxçıvan almaq Porto nun yetirməsinin qərarı

09.04.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Kəpəz”in müdafiəçisi Dioqo Verdaşka yeni mövsümə də Misli Premyer Liqasında başlamağa yaxındır.
Apasport.az saytına verilən məlumata görə, yeni sezondan büdcəsi daha yüksək olacağı və daha iddialı komandaya çevriləcəyi gözlənilən Gəncə təmsilçisinin heyətində hazırkı futbolçulardan bəziləri qalacaq.
Onlardan biri də Dioqo Verdaşkadır. 28 yaşlı mərkəz müdafiəçisinə çempionatımızda yarışan digər klublar da maraq göstərir. Onlardan biri “Araz-Naxçıvan”dır.
“Porto”nun yetirməsi olan Verdaşkanın yeni sezona hansı komandada başlayacağı isə mövsüm başa çatdıqdan sonra dəqiqləşəcək. 
Daha əvvəl “Zaraqoza”(İspaniya), “Beytar”(İsrail), “Şlensk”(Polşa), “Mirandes”(İspaniya) klublarında oynamış portuqaliyalının “Kəpəz”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, 2024-cü il sentyabr ayında Gəncə klubuna keçmişdi.

"Şahdağ Qusar" və "Şəfa" qələbə qazandı - I Liqaya yüksəldilər Aqil Nəbiyevin yetirmələri UEFA İnkişaf Turnirində iştirak edəcək “Azəryol” çempionluğun 1 addımlığında Eşqin Tağıyev mükafatlandırılıb Ayan Əliyeva qızıl medal qazanıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью