Kəpəz Şəfa ilə oyuna itkisiz hazırlaşır

21.10.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Kəpəz" Misli Premyer Liqasının IX turunda "Şəfa" ilə səfər matçının hazırlığına başlayıb. 

Sportal.az xəbər verir ki, komanda bu gün öncə fitnes zalda fiziki məşq edib. Daha sonra Azər Məmmədovun yetirmələri meydançada texniki-taktiki tapşırıqları yerinə yetiriblər.

Komandada ümumi əhval-ruhiyyə yüksəkdir, zədəli futbolçu yoxdur. Yalnız yüngül ağrılar hiss edən Namik Ələskərov fitnes zalındakı məşqlə kifayətlənib. 

Qeyd edək ki, "Şəfa" - "Kəpəz" oyunu oktyabrın 24-də saat 16:30-da Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da baş tutacaq.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью