“Kəpəz” səfərdə “Araz Naxçıvan”ı məğlub etdi: Premyer Liqa

09.10.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının VII turuna start verilib.

Redaktor.az xəbər verir ki, turun açılış matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib.

Şamaxı şəhər stadionunda keçirilən görüş Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Əhmədovun idarə etdiyi qarşılaşmada “Kəpəz”in qollarını 31-ci dəqiqədə Benito, 86-cı dəqiqədə isə Rəhman Hacıyev vurub.

Qeyd edək ki, günün növbəti matçında “Neftçi” “Sabah”ı qəbul edəcək. “Palms Sports Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью