“Kəpəz” səfərdə qələbəyə həsrət qalıb

30.11.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Şamaxı” Premyer Liqanın XV turunda bu gün “Kəpəz”i qəbul edəcək.

FutbolPress“in məlumatına görə, hər iki komanda uğursuz seriyadadır. Belə ki, meydan sahibləri Premyer Liqada 7 oyundur, qələbə qazana bilmir. Ayxan Abbasovun yetirmələri bu görüşlərdə 2 heç-heçə edib, 5 dəfə uduzub. Komandanın ev oyunlarındakı məğlubiyyətsizlik seriyası isə 3-dür. “Şirlər” son olaraq Şamaxı şəhər stadionunda “Zirə”yə uduzub.

“Kəpəz” isə iki oyundur, qələbə qazana bilmir. Turnir cədvəlinin sonuncusu olan gəncəlilər çempionatda son beş oyunda 1 qələbə qazanıb. “Kəpəz” Premyer Liqada bu mövsüm səfərdə qələbə qazana bilməyib. Yeganə bir xal isə iki tur öncə “Sabah”la oyunda alınıb (1:1).

Komandalar arasındakı son beş oyunda “Şamaxı” 1, “Kəpəz” 2 qələbə qazanıb. 3 görüşdə isə bərabərlik qeydə alınıb.

Şahin Cəfərov

Əsas xəbərlər “Şamaxı” “Kəpəz”ə, “Sumqayıt” “Zirə”yə qarşı – YENİLƏNİR

30 Noyabr 2024, 8:39

Əsas xəbərlər, Ölkə futbolu “Kəpəz”dən ayrılan hücumçu Hindistana üz tutdu

27 Noyabr 2024, 14:46

Əsas xəbərlər, Ölkə futbolu Hakimlər Komitəsinin sədri “Kəpəz”in üzvləri ilə görüşdü

25 Noyabr 2024, 18:16

Əsas xəbərlər, Premyer liqa Premyer Liqada yeni – müvəqqəti lider

23 Noyabr 2024, 10:00

Əsas xəbərlər, Ölkə futbolu Azər Bağırov: “Son vaxtlar emosional olmuşam”

22 Noyabr 2024, 19:54

Əsas xəbərlər, Premyer liqa “Araz-Naxçıvan” qələbə qazandı

22 Noyabr 2024, 18:51

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью