“Kəpəz” Slovakiyadan gələn müdafiəçini baxışdan keçirir

12.07.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

2026/2027 mövsümünə hazırlığını davam etdirən "Kəpəz"in düşərgəsinə daha bir futbolçu qoşulub. Sport24.az-a klubdakı mənbədən verilən məlumata görə, Gəncə təmsilçisi müdafiəçi David Orucovu baxışdan keçirir.
Son olaraq Slovakiyanın "Tesla Stropkov" klubunda çıxış edən futbolçu hazırda komanda ilə məşqlərdə iştirak edir. Onun gələcək taleyi ilə bağlı yekun qərarı məşqçilər korpusu verəcək.
Qeyd edək ki, David Orucov daha əvvəl Azərbaycanın U-21 millisinin də formasını geyinib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью