“Kəpəz” son 12 mövsümdə ilk dəfə ardıcıl iki ev matçında 3 və daha çox qol vurub

03.02.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

“Kəpəz” son 12 mövsümdə ilk dəfə evdə keçirdiyi ardıcıl iki matçda qonaqların qapısına minimum üç qol vurub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi buna Misli Premyer Liqasının XXI turunda evdə "Sabah"ı 3:2 hesabı ilə məğlub etməklə nail olub.

"Sarı-göylər" XIX turda "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəlib. Qərblilər sonuncu dəfə 2011/2012 mövsümündə belə göstəriciyə imza atıb. Gəncə təmsilçisi 2012-ci ilin martında “Qəbələ”ni 3:2, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Kəpəz”in evdə ardıcıl üç və ya daha çox top vurduğu oyunların sayındakı rekordu 7 matçdan ibarətdir. Bu seriya 1997-1998-ci illərdə qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью