Kəpəz son 13 ilin rekordunu müəyyənləşdirib

11.02.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Kəpəz" klubu Azərbaycan çempionatında son 13 ilin rekorduna imza atıb.

"Cebheinfo.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin heç-heçəsiz oyunlar seriyası qırılıb.

"Sarı-göylər" son olaraq Misli Premyer Liqasının XIX turunda "İmişli" ilə bərabərə qalıb - 0:0.

"Kəpəz" ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı.

Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də "Neftçi" ilə görüşdə qeydə alınmışdı – 2:2. Sonrakı 21 matçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.

281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudur. Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012-2013-cü illərə təsadüf edib. Həmin vaxt "Rəvan" 25 görüşdə "sülh"süz oynayıb.

Qeyd edək ki, çempionatın mütləq rekordu 1996-1998-ci illər aralığında 51 oyunu heç-heçəsiz bitən "Şəfa"ya məxsusdur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью