“Kəpəz” son pillədən qurtuldu

30.11.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə əvvəlcə “Şamaxı” doğma meydanda autsayder “Kəpəz”i sınağa çəkib.

Gəncə təmsilçisi səfərdən qələbə ilə qayıdıb.

Bu, “Kəpəz”in cari mövsümdə 3-cü qələbəsi olub. Nəticədə Azər Bağırovun komandası xallarının sayını 10-a çatdırıb və “Səbail”i geridə qoyaraq 9-cu pilləyə yüksəlib. 

Son oyunlarda xala həsrət olan “Zirə” isə “Sumqayıt”ı qəbul edəcək.

Daha öncə “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” isə “Səbail” eyni hesabla (1:0) qalib gəlib. Tura sabah keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
15-ci tur
30 noyabr

“Şamaxı” – “Kəpəz” 0:1
Qol: Luis Paçu, 69.
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью