sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasının 6-cı turuna Gəncədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Kəpəz" doğma publika qarşısında "Sumqayıt"la qarşılaşır.
Bir oyun az keçirən ("Qarabağ"la oyun təxirə salınıb) "Kəpəz" bu görüş ərəfəsində 6 xalla turnir cədvəlinin 6-cı, "kimyaçılar" isə 1 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu turdan sonra millilərinin oyunlarına görə Premyer Liqada təxminən 20 günlük fasilə yaranacaq. VII tura oktyabrın 9-da start veriləcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
19:00. "Kəpəz" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev
VAR: Fərid Hacıyev
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Gəncə. Şəhər stadionu.
"Kəpəz": 1. Rojerio Santos 34. Urfan Abbasov (k) 7. Namik Ələskərov 9. Kennet Kalunqa 21. Azuma Abubakar 66. David Domqjoni 11. Viktor Stina 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 27. Desmond Akua
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 10. Rəhman Hacıyev 6. Vadim Abdullayev 99. Əli Səmədov 20. Rafael Məhərrəmli 8. Şakir Seyidov 5. Hüseyn Babayev 17. Ümid Səmədov 19. Fərid Kələntərov 70. Şahnur İsmayılov 33. Blessinq Olabiran
"Sumqayıt": 16. Marko Yohanson 29. Emil Mustafayev 9. Jeam Oliveyra 4. İsa Suliman (k) 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 11. Mamadi Banqre 21. Tiaqo Almeyda 5. Renan Santana
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Aftandil Arixov 7. Rüstəm Əhmədzadə 20. Ayxan Süleymanlı 17. Nihad Əhmədzadə 75. Nadir Orucov 97. Vüsal Paşayev 27. İmani Barker