Kəpəz Sumqayıt ı qonaq edir

11.05.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 34-cü tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün iki qarşılaşması Tovuzda baş tutacaq.

"Kəpəz" "Sumqayıt"ı qəbul edir. "Səbail"in dünənki məğlubiyyətindən sonra istər gəncəlilərin, istərsə də sumqayıtlıların elitada qalacağı dəqiqləşib. Bu komandalar arasında hazırda yeganə prinsipial məqam turnir cədvəli ilə bağlıdır. Hansı kollektivin mövsümü neçənci pillədə başa vuracağı maraqlıdır.

Qeyd edək ki, hesabat turu ərəfəsində aktivində 30 xal olan "kimyaçılar" 8-ci, ondan 1 xal geri qalan "sarı-göylər" isə 9-cu pillədə qərarlaşıb.

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

18:00. "Kəpəz" - "Sumqayıt"

"Kəpəz" – "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz. Şəhər stadionu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью