Kəpəz Sumqayıtla heçheçə ETDİ

20.12.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 18-ci tura start verilib.

"Unikal" xəbər verir ki, ilk gündə 1 oyun keçirilib. "Kəpəz" "Sumqayıt"ı qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Matçı FİFA referisi Kamal Umudlu idarə edib.

Hazırda Gəncə klubu turnir cədvəlində 11 xalla 9-cudur. "Sumqayıt" isə 20 xalla 6-cı pillədə qərarlaşıb.

Bu komandalar arasında 1-ci dövrənin oyunu "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ötən gün "Qarabağ" 3-cü turdan təxirə salınan "Şamaxı" ilə matçda minimal hesabla qalib gələrək "Araz Naxçıvan"la arasındakı xal fərqini 5-ə qaldırıb. Bununla da komanda 2024-cü ilin son turunda onların öz arasında keçirəcəyi matçın nəticəsindən asılı olmayaraq, Premyer Liqada qış çempionluğunu təmin edib


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью