“Kəpəz” tacikistanlı futbolçu transfer etdi

18.01.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Transfer çalışmalarını davam etdirən "Kəpəz" növbəti keçidi rəsmiləşdirib. 

Fanat.Az xəbər verir ki, Gəncə klubu Tacikistan millisinin yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb. 

24 yaşlı futbolçu ilə "6 ay + 1 il” müddətinə müqavilə bağlanıb.

Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində çıxış edib. Onun son klubu “İstiklol” olub.

Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью