“Kəpəz” üçün seminar

09.10.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən “Kəpəz” klubunda seminar təşkil olunub.

Futbolpress.az xəbər verir ki, maarifləndirici xarakter daşıyan seminara “Kəpəz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandasının, eləcə də məşqçi və texniki heyətinin üzvləri qatılıblar.

AMADA-nın nümayəndəsi dopinq istifadəsinin insan sağlamlığına vurduğu zərərlər, idmançı karyerasını ciddi risklər altında qoyduğunu nəzərə çatdırıb. O, iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları barədə danışıb. 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəxalq standartlardakı yeniliklər barədə ətraflı məlumat verilib.

“Kəpəz”in məşqçiləri və yeniyetmə futbolçuları onları maraqlandıran sualları səsləndiriblər, antidopinq biliklərinin artırılması üçün zəruri məlumatları öyrəniblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью