Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Kəpəz” PFK və DNK İstanbul Hospital arasında tərəfdaşlıq müqaviləsi bağlanılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya görə, DNK İstanbul Hospitalda klubun əsas və əvəzedicilərdən ibarət komandalarının futbolçularına müayinə, müalicə, tibbi baxış və digər xidmətlər göstəriləcək.
Bunun qarşılığında “Kəpəz”in oyun formasının sol qolunda DNK İstanbul Hospital brendinin loqosu əksini tapacaq. Eyni zamanda “sarı-göylər”in Gəncə Şəhər Stadionunda keçirəcəyi ev oyunlarında meydançanın perimetri boyu LED monitorlarda yeni tərəfdaşımıza aid videoçarx nümayiş oluncaq.
Müqavilənin müddəti 31 may 2027-ci ilədək nəzərdə tutulub.