Kəpəz Xəzər Lənkəran ın sabiq baş məşqçisi ilə danışıq aparır EKSKLÜZİV

01.04.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni sponsoruna qovuşan "Kəpəz" elitada yerini qoruyacağı halda yayda "sükan arxasına" əcnəbi məşqçi dəvət etməyi planlaşdırır. Sport24.az-ın əldə etdiyi məlumata görə artıq bu yöndə addınlar atılır, namizədlərlə təmas qurulur.

Klub rəhbərliyinin ilk əlaqə saxladığı əcnəbi mütəxəssis isə vaxtilə "Xəzər Lənkəran"ın "sükanı arxasında" olmuş Mirça Rednikdir. Redaksiyamıza ötürülən bilgiyə əsasən, artıq rumıniyalı ilə ilkin danışıqlar olub. 62 yaşlı məşqçi yenidən Azərbaycanda çalışmağa heç də soyuq yanaşmır.

Qeyd edək ki, rednik hazırda Rumıniya Superliqasında mübarizə aparan "UTA Arad"ı çalışdırır. Onun klubla müqaviləsi mayın 31-də başa çatır.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью