“Kəpəz” yeni hücumçusunu tapdı

18.07.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kəpəz” futbol klubu yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir.

İdman.biz offsideplus.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azuma Abubakarla razılığa gəlib.

29 yaşlı hücumçu azad agent kimi bölgə klubuna qoşulacaq.

Qanada doğulan futbolçu Portuqaliyanın aşağı yaş milli komandalarında çıxış edib.

O, son olaraq “Austriya”nın (Lustenau) formasını geyinib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью