Kəpəz yeni legioneri üçün nə qədər ödəyib? tanınmış portalın iddiası

18.01.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Kəpəz"in yeni müdafiəçisi Mate Abuladze üçün Gürcüstanın "Samqurali" klubuna ödədiyi məbləğ açıqlanıb. 

Sportal.az xəbər verir ki, Almaniyanın tanınmış “Transfermarkt” portalı Gəncə klubunun 25 yaşlı gürcü futbolçu üçün 100, 000 avro (təxminən 198.000 manat) ödədiyini yazıb.

“Torpedo”(Kutaisi) futbol akademiyasının yetirməsi, karyerası ərzində bu klubla yanaşı “Samtrediya” və “Samqurali”də forma geyinib.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью