“Kəpəz” yeni mövsümdə iddalı olacaqmı? Yeni sponsorun ayıracağı məbləğ

18.04.2025

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Premyer Liqada qalmaq məsələsini böyük ölçüdə həll edən “Kəpəz”in yeni mövsümdə iddialı duruma gəlib-gəlməyəcəyi sual olaraq qalır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yeni sponsorun kluba daha öncədən 3-4 milyon civarında pul ayıracağı gözlənilirdi. Lakin yeni rəhbərliyin “sarı-göylər”ə heç də bu qədər vəsaiti ayırmayacağı bəlli olub.

Sponsor rəsmi olaraq ictimaiyyətə açıqlanmasa da, Gəncə klubunun yeni himayədarının növbəti mövsüm üçün kluba təxminən 1-1,5  milyon manat ayıracağı bildirilir. 

AFFA-nın da kluba 2.5 milyon manat verəcəyini nəzərə alsaq, “Kəpəz”in 2025/2026-cı ildəki büdcəsinin 4 milyondan çox olmayacağı gzlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью