Kəpəz yoxlama oyunu keçirəcək

18.08.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının 2-ci turunun "Qarabağ"la oyunu təxirə salınan "Kəpəz" yoxlama oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv I Liqada mübarizə aparan "Gəncəbasar"la üz-üzə gələcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma "Kəpəz"in məşq mərkəzində baş tutacaq. Avqustun 23-də keçiriləcək matç saat 17:30-da start götürəcək.

Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın ilk turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə məğlub olub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью