Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Kəpəz” yoxlama oyunu keçirəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Kəpəz”in milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə dövründəki hazırlıq planı bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisi 4 günlük istirahətdən sonra noyabrın 10-da məşqləri bərpa edəcək.
Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv hazırlıq çərçivəsində bir yoxlama matçı keçirəcək. “Kəpəz” noyabrın 14-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi “Gəncəbasar”la qarşılaşacaq.
Qeyd edək ki, “Kəpəz” fasilədən sonra Misli Premyer Liqasının 12-ci turunda, noyabrın 22-də doğma meydanda “Qarabağ”ı qəbul edəcək.