Kəpəz Zirə yə, Turan Tovuz Neftçi yə qarşı

28.11.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Kəpəz" "Zirə"yə, "Turan Tovuz" "Neftçi"yə qarşı

Bu gün Misli Premyer Liqasında 13-cü tura start veriləcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə "Kəpəz" "Zirə"ni qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 14:00-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Zirə" 5 cavabsız qolla qalib gəlmişdi.

Günün digər matçında isə "Turan Tovuz" "Neftçi"ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək matça saat 18:30-da start veriləcək. "Turan Tovuz" ilk dövrədə səfərdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etmişdi.

28 noyabr (cümə)

14:00.“Kəpəz” – “Zirə”
Hakimlər:
Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Yevlax şəhər stadionu

18:30.“Turan Tovuz” – “Neftçi”
Hakimlər:
Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu

29 noyabr (şənbə)

14:30.“İmişli” – ”Sabah”

17:00.“Qarabağ” – “Karvan-Yevlax”

30 noyabr (bazar)

14:00.“Şamaxı” – “Sumqayıt”

16:30.“Qəbələ” – “Araz-Naxçıvan”

Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Toral Bayramov ("Qarabağ") - 5 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью