“Kəpəz” “Zirə”ni də məğlub edə biləcəkmi?

28.11.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Bu gün Misli premyer-liqasında 13-cü tura start veriləcək.

"Football-plus.az" xəbər verir ki, üç gün ərzində keçiriləcək matçlardan ikisi ilk oyun gününə təsadüf edəcək. “Kəpəz” “Zirə”ni, “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Oyunlar “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
2-ci dövrə, 13-cü tur
28 noyabr
Kəpəz – Zirə

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 12:+3=4-5, 8:13.
2015/16 – 1:1, 2:0; 2016/17 – 2:0, 1:0; 2017/18 – 0:3, 0:0; 2022/23 – 1:2, 1:1; 2023/24 – 0:0, 0:1; 2024/25 – 0:4, 0:1.
Cəzalı: Məmməd Hüseynov (Kəpəz).
“Futbol+”in proqnozu: 20-30-50.
Yevlax, şəhər stadionu. Saat 14.00.
“Karvan-Yevlax”la səfər matçında qələbə qazanan “Kəpəz” turnir cədvəlində iki pillə irəlilədi. Komanda xal ehtiyatını artırmağa davam etməlidi. Gəncə təmsilçisi “Qəbələ” və “Karvan-Yevlax”ı bir qədər də üstələyə, təhlükəli zonadan uzaqlaşa bilər. Öz aramızdı, onsuz da son iki sırada qərarlaşan komandaların yaxın gələcəyi ilə bağlı hansısa işıq ucu görünmür. Odu ki, “sarı-göylər” qışa qədər bacardıqca çox xal toplamalıdı. Əlbəttə, rəqibin “Zirə” olduğunu unutmamalıyıq. Bu gün qəsəbə təmsilçisinin 3-cü pillədə yer alması təsadüf deyil. Rəşad Sadıqovun komandası avrokuboklara vəsiqə uğrunda mübarizəsini inamla davam etdirir. Bu səbəbdən “qartallar” “Kəpəz”lə oyunda da qələbə qazanmağa, mövqeyini möhkəmlətməyə çalışacaq.
Bu komandalar indiyə qədər 25 dəfə qarşılaşıb. Bunların 3-də “Kəpəz”, 14-də “Zirə” qalib gəlib, 8-də hərəyə bir xal düşüb. Topların nisbətində “qartallar” öndədi – 41:17.
Turan Tovuz – Neftçi
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 6:+1=2-3, 7:6.
2022/23 – 0:1, 4:0; 2023/24 – 0:1, 1:1; 2024/25 – 1:1, 1:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Tovuz, şəhər stadionu. Saat 18.30.
Tovuz təmsilçisi “Araz-Naxçıvan”la oyunda xal itirməklə çempionluq iddiasına zərbə vurdu. Amma tovuzlular ümidlərini üzməməli, növbəti oyunlarda daha yaxşı nəticələr qazanacağına inanmalıdı. Axı hələ liderlə - “Qarabağ”la aradakı xal fərqi 3-dü. Bununla belə, meydan sahibləri qarşısında “doğma divarlar” arasında debütanta – “İmişli”yə uduzan “Neftçi”ni görəcəklər. Bəli, Samir Abasovun rəhbərliyi altında keçirilən 12 matçda biabırçı nəticələrə imza atan “ağ-qaralar”ın 8-ci sırada olması böyük ayıbdı. “Bozqurd” rəqibin mövcud durumundan bəhrələnməli, minlərlə azarkeşi önündə qazana biləcəyi uğurla motivasiya mənbəyi tapmalıdı.
Komandalar indiyə qədər 13 dəfə qarşılaşıb.
Bunların 2-də “Turan Tovuz”, 6-da “Neftçi” qalib gəlib, 5-də “sülh” qeydə alınıb. Topların nisbətində “ağ-qaralar” öndədi – 17:11.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью