Kəpəz Zirəni qonaq edir

08.12.2024

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasında XVI turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

İlk olaraq azarkeşlər "Kəpəz" - "Zirə" görüşünü izləyəcəklər. "Səbail"in dünən məğlub olduğunu nəzərə alsaq, hazırda 9-cu pillədə qərarlaşan gəncəlilərin "dənizçilər"dən bir qədər də aralanmaq imkanı var.

"Zirə"nin də əsas məqsədi səfərədn xal və ya xallarla dönməkdi. "Sabah"ın dünənki heç-heçəsindən sonra "qartallar" 4-cü pilləni "bayquşlar"a təhvil verib.

Qeyd edək ki, bu komandalar arasında I dövrənin oyununda "Zirə" 3:0 hesabı ilə qalib gəlib

Misli Premyer Liqası

II dövrə, XVI tur

16:00. "Kəpəz" - "Zirə"

Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Tovuz. Şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью