“Kəpəz” “Zirə”yə məğlub olub

08.12.2024

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

- +

Misli Premyer Liqasının XVI turunda “Kəpəz” “Zirə”yə məğlub olub.

Tribunainfo.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan oyunda gəncəlilər 0:4 hesabı ilə uduzublar.

Görüşdə hesab 32-ci dəqiqədə açılıb. Salifu Suma fərqlənib. Fasilə ərəfəsində qonaqlar hesab arasındakı üstünlüyünü iki topa çatdırıb. 45+2-ci dəqiqədə Giorgi Papunaşvili meydan sahiblərini cəzalandırıb. 48-ci dəqiqədə İssa Cibrilanın qolu sayəsində hesab arasındakı fərq bir qədər də böyüyüb. Qarşılaşmada yekun hesabı isə 73-cü dəqiqədə rəqib qapısını dəqiq nişan alan Elçin Əlicanov müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 26-ya çatdıran “Zirə” dördüncü pillədə yer alıb. “Kəpəz” isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşülərində “Araz-Naxçıvan” səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub edib. “Sabah” və “Qarabağ” komandalarının duelində isə qalib müəyyənləşməyib – 1:1.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью