Kəpəz Zirəyə məğlub olub

08.12.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının XVI turunda "Kəpəz" "Zirə"yə məğlub olub.

"Report"un məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan oyunda gəncəlilər 0:4 hesabı ilə uduzublar.

Görüşdə hesab 32-ci dəqiqədə açılıb. Salifu Suma fərqlənib. Fasilə ərəfəsində qonaqlar hesab arasındakı üstünlüyünü iki topa çatdırıb. 45+2-ci dəqiqədə Giorgi Papunaşvili meydan sahiblərini cəzalandırıb. 48-ci dəqiqədə İssa Cibrilanın qolu sayəsində hesab arasındakı fərq bir qədər də böyüyüb. Qarşılaşmada yekun hesabı isə 73-cü dəqiqədə rəqib qapısını dəqiq nişan alan Elçin Əlicanov müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "Zirə" dördüncü pillədə yer alıb. "Kəpəz" isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində isə qalib müəyyənləşməyib - 1:1.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью