Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.
Publika.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq. Əvvəlcə “Kəpəz” Tovuzda “Zirə”ni qəbul edəcək.
Günün digər oyunu “Sumqayıt”la “Neftçi” arasında baş tutacaq.
Daha öncə “Səbail” “Araz-Naxçıvan”a uduzub (0:2), “Sabah” – “Qarabağ” matçında (1:1) qalib müəyyənləşməyib.
Tura sabah keçiriləcək “Turan Tovuz” – “Şamaxı” oyunu ilə yekun vurulacaq. Premyer Liqa 16-cı tur 8 dekabr 16:00.
“Kəpəz” – “Zirə” Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev. Tovuz şəhər stadionu. 18:00.
“Sumqayıt” – “Neftçi” Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.