“Kəpəz” “Zirə”yə, “Sumqayıt” “Neftçi”yə qarşı

08.12.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

“Cebheinfo.az” xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Əvvəlcə “Kəpəz” Tovuzda “Zirə”ni qəbul edəcək. Günün digər oyunu “Sumqayıt”la “Neftçi” arasında baş tutacaq.

Daha öncə “Səbail” “Araz-Naxçıvan”a uduzub (0:2), “Sabah” – “Qarabağ” matçında (1:1) qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək “Turan Tovuz” – “Şamaxı” oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
16-cı tur
8 dekabr

16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.
Tovuz şəhər stadionu.

18:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью