“Kəpəz”də daha iki vida

27.05.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azər Bağırovun istefasından sonra “Kəpəz”də ayrılıqlar davam edir.

Futbolpress.az“ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçilər Valdemar Almeydan və Trent Buhagiar ilə yollar ayrılıb.

Ötən ilin sentyabrından komandada çıxış edən Valdemarın müddəti başa çatan müqaviləsi uzadılmayacaq. Trent isə bu ilin yanvarından “Kəpəz”ə qoşulub. Yarımmüdafiəçi gözləntiləri qarşılaya bilməyib və onunla müqaviləyə xitam veriləcək.

Valdemar 28, Trent isə 12 oyunda meydana çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью