“Kəpəz”də iki itki

28.02.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Neftçi”nin qonağı olacaq “Kəpəz” meydana itkilərlə çıxacaq.

İdman.biz xəbər verir ki, bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.

Baş məşqçi Azər Bağırov iki futbolçunun xidmətindən məhrum olub. Rauf Hüseynli cəzalı, Mahamadu Ba isə zədəli olduğundan görüşü buraxacaq.

Qeyd edək ki, “Neftçi Arena”dakı görüş saat 19:30-da başlayacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью