“Kəpəz”də qərar həftəsi

16.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azər Bağırovla vidalaşan “Kəpəz” hələ baş məşqçisini müəyyənləşdirməyib.

Futbolpress.az-ın məlumatına görə, Gəncə təmsilçisi Arif Əsədov və serbiyalı mütəxəssis Zoran Vasilyeviçlə danışıq aparır. Daha əvvəl Əsədovun təyinat alacağı xəbərləri dolaşsa da, hələlik razılıq əldə olunmayıb.

“Sarı-göylər” hər iki məşqçi ilə danışıqları davam etdirir. Klub həftə sonuna kimi baş məşqçi məsələsində yekun qərarını açıqlayacaq.

Arif Əsədov son olaraq Azərbaycan millisində məşqçi kimi çalışıb. O, daha əvvəl “Sabah” və “Neftçi”də də işləyib. Vasilyeviç isə Serbiyada “İMT Belqrad”a rəhbərlik edib.

“Kəpəz” başa çatan mövsümdə Misli Premyer Liqasını 10-cu sırada bitirib.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью