“Kəpəz”də səbr tükənir: Bentu ilə bağlı ultimatum

13.01.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kəpəz"də Cefferson Bentu ilə bağlı yaranmış böhran davam edir. Sport24.az-ın Gəncə təmsilçisinə yaxın mənbədən əldə etdiyi məlumata görə, braziliyalı mərkəz müdafiəçisi "sarı-göylər"in düşərgəsinə qayıtmaqdan qəti şəkildə imtina edir.
Klub rəsmiləri məsələni bu həftə ərzində birdəfəlik həll etməyə çalışır. Əgər futbolçu fikrini dəyişməsə, "Kəpəz" rəhbərliyi artıq problemi hüquqi müstəviyə daşıyaraq müvafiq qurumlara rəsmi müraciət edəcək.
Qeyd edək ki, Cefferson Bentu cari mövsümdə "Kəpəz"in heyətində 16 oyunda meydana çıxıb. Onun Gəncə təmsilçisi ilə müqaviləsi bu ilin yayında başa çatır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью