“Kəpəz”dən ayrılan futbolçu: “Bu komandanın formasını geyinmək böyük şərəf idi”

24.01.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Kəpəz"lə vidalaşmaq və bu klubdakı səhifəni bağlamağın vaxtı çatdı". Bu sözləri "Kəpəz"lə yollarını ayıran futbolçu Pedro Qomeş şəxsi sosial şəbəkə hesabında yazıb.
Müdafiəçi "sarı-göylər"lə vidalaşaraq Gəncə şəhərində keçirdiyi müddətə görə komanda yoldaşlarına, məşqçi heyətinə və azarkeşlərə təşəkkür edib:
"Gəncə şəhərində bu anları mənimlə bölüşən bütün komanda yoldaşlarıma, məşqçi heyətinə və azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu mövsüm "Kəpəz"in rənglərini qorumaq və bu formanı geyinmək mənim üçün böyük şərəf idi. Gələcəkdə hər kəsə ən yaxşısını arzulayıram".
Qeyd edək ki, mövsümün əvvəlində "Kəpəz"ə transfer olunan Pedro Qomeşin müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью