“Kəpəz”dən ayrılan futbolçu “Şamaxı” yolunda

10.07.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Kəpəz”dən ayrılan Ehtiram Şahverdiyev karyerasını “Şamaxı”da davam etdirə bilər.

Futbolpress.az-ın məlumatına görə, “şirlər”in yeni baş məşqçisi Azər Bağırov Gəncə klubunda birgə çalışdığı 29 yaşlı cinah oyunçusunu yenidən sərəncamında görmək istəyir.

Ehtiram ötən mövsüm “Kəpəz”də 34 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Şahverdiyev karyerası ərzində “Qəbələ”, “Sumqayıt” və “Turan Tovuz”da da forma geyinib.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью