“Kəpəz”dən ayrılan hücumçu “Turan Tovuz”a keçir AZƏRTAC

06.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 yanvar, AZƏRTAC

“Kəpəz” komandası futbolçusu Orxan Əliyevlə yollarını ayırıb.

Bu barədə AZƏRTAC-a Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov məlumat verib. O bildirib ki, bu gün hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Artıq futbolçunun yeni klubu da məlumdur. O, karyerasını “Turan Tovuz”da davam etdirəcək. Tezliklə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью