“Kəpəz”dən daha bir transfer gedişi: bu dəfə Nigeriyadan EKSKLÜZIV

04.08.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Kəpəz"də baxışda olan daha bir futbolçunun adına aydınlıq gəlib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi nigeriyalı Samson Oqunmola Olaoluvanını baxışdan keçirir.
22 yaşlı vinger hazırda komandanın düşərgəsində məşqlərdə iştirak edir.
Futbolçunun taleyi ilə bağlı yekun qərarı məşqçilər korpusu verəcək. Müsbət qərar olacağı təqdirdə, onunla müqavilə imzalana bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью