“Kəpəz”dən növbəti ayrılıq? Afrikalı futbolçuya ciddi maraq var

25.06.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Kəpəz"in futbolçusu Mahamadu Ba yay transfer dönəmində komandadan ayrıla bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, malili yarımmüdafiəçiyə bir neçə ölkədən maraq var.
Mənbənin bildirdiyinə əsasən, 27 yaşlı futbolçu da karyerasında yeni addım atmağa müsbət yanaşır və gələcək təklifləri dəyərləndirməyə hazırdır.
Bununla belə, Mahamadu Banın "Kəpəz"lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bu səbəbdən Gəncə təmsilçisi oyunçunu yalnız sərfəli maliyyə təklifi alacağı halda buraxmağı nəzərdən keçirir.
Qeyd edək ki, Mahamadu Ba 2024-cü ildən "Kəpəz"in formasını geyinir və son mövsümlərdə komandanın əsas heyət üzvlərindən biri kimi çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью