futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni mövsümün hazırlıqlarını sürdürən “Kəpəz” növbəti sınaq qarşılaşmasına çıxıb.
Futbolpress.az xəbər verir ki, Gəncə şəhər stadionunda təşkil olunan matçda “sarı-göylər” “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma Qərb təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Gəncə klubunun heyətində Kennet Kalunqa və Azuma Abubakar fərqlənməyi bacarıblar.