sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Kəpəz" rəhbərliyi Misli Premyer Liqasının XII turunda bu gün "Qarabağ"la keçiriləcək oyun öncəsi futbolçular üçün qələbə mükafatının məbləğini artırıb. Sport24.az-a Gəncə təmsilçisinə yaxın mənbədən verilən məlumata görə, klub rəhbərliyi komandanın Ağdam təmsilçisi üzərində qələbə qazanacağı təqdirdə futbolçulara ödəniləcək mükafatı yüksəltmək qərarına gəlib.
Gəncə klubunda əvvəlki turlarda əldə olunan qələbələrə görə futbolçulara 1000 və ya 1300 manat məbləğində mükafat verilib.
Lakin "Qarabağ"la qarşılaşmanın əhəmiyyətini nəzərə alan rəhbərlik bu dəfə qələbə üçün nəzərdə tutulan məbləği artırıb.
Bununla da komandanın çətin rəqib qarşısında əlavə motivasiya qazanması hədəflənib.
Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" oyunu bu gün saat 17:00-da başlayacaq.