“Kəpəz”dən qovuldu, “Valensiya”nın transfer siyahısına düşdü | Icma.az
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qış transfer dönəmində "Kəpəz" klubu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edən Pedro Qomeşlə bağlı maraqlı iddia irəli sürülüb.
Sport24.az xəbər verir ki, bu barədə ispan jurnalist Lorenzo Lepore məlumat yayıb.Onun sözlərinə görə, ölkəsinin "Valensiya" klubu 22 yaşlı müdafiəçi ilə maraqlanır.
Portuqaliyalı oyunçu "yarasalar"ın nəzərdən keçirdiyi futbolçular siyahısındadır və o hazırda azad agentdir."Kəpəz" ötən ilin dekabrında Pedro Qomeşlə yollarını ayırıb.
Baş məşqçi Azər Bağırov oyunçunun planlarına daxil olmadığını rəhbərliyə çatdırıb.
Müdafiəçi 2025-ci ilin iyulunda "sarı-göylər"lə müqavilə imzalamışdı. Futbolçu Azərbaycana gəlməmişdən əvvəl "Boavişta"da çıxış edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu